Surə 5 · Cüz 7
Al-Ma'idah · 5:101
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَسْأَلُوا عَنْ أَشْيَاءَ إِنْ تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِنْ تَسْأَلُوا عَنْهَا حِينَ يُنَزَّلُ الْقُرْآنُ تُبْدَ لَكُمْ عَفَا اللَّهُ عَنْهَا ۗ وَاللَّهُ غَفُورٌ حَلِيمٌ
101. Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar. Allah bunları – indiyə qədər verdiyiniz bu cür sualları əfv etdi. Allah Bağışlayandır, Rəhmlidir.
Təfsir
Ey iman gətirənlər! Peyğəmbərinizdən - səllallahu aleyhi və səlləm - ehtiyacınız olmadığı, dini işlərdə sizə heç bir faydası olmayan, sizə agah olduqda isə məşəqqətə görə xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Peyğəmbərə - səllallahu aleyhi və səlləm - vəhy nazil edildiyi zaman soruşulması sizə qadağan edilən işlər haqqında soruşsanız, sizə bəyan olar. Bu, Allah üçün asandır. Allah Quranın, barəsində susduğu şeyləri bağışlamışdır. Odur ki, bu haqda soruşmayın. Çünki bu haqda soruşsanız, o zaman yeni bir hökm nazil edilər və bu hökm sizi məşəqqətə salar. Allah Ona tövbə edən qullarının günahlarını bağışlayandır. Həlimdir, tövbə etdikləri təqdirdə onlara əzab verməz.