Surə 48 · Cüz 26

Al-Fath · 48:8

إِنَّا أَرْسَلْنَاكَ شَاهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا

8. Həqiqətən, Biz səni şa­hid, müjdəçi və xəbərdarlıq edən elçi ki­mi gön­dər­mişik.

Təfsir

Ey Peyğəmbər! Həqiqətən, Biz səni qiyamət günü ümmətinə şa­hid, möminlərə, Allahın dünyada onlar üçün zəfər və fəth, axirətdə də nemətlər hazırladığı barədə müjdə verən, kafirlərə də, Allahın dünyada onlara möminlərin əli ilə zəlillik və məğlubiyyət, axirətdə də onları gözləyən ağrılı-acılı əzab ilə qorxudan olaraq göndərdik.

Oxuyucuda aç - Surəni tam oxu