Surə 48 · Cüz 26
Al-Fath · 48:5
لِيُدْخِلَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ ۚ وَكَانَ ذَٰلِكَ عِنْدَ اللَّهِ فَوْزًا عَظِيمًا
5. Bu ona görədir ki, Allah mömin kişiləri və mömin qadınları içində əbədi qalacaqları, ağacları altından çaylar axan cənnətlərə daxil etsin və onların günahlarından keçsin. Bu, Allah yanında böyük müvəffəqiyyətdir.
Təfsir
Bu ona görədir ki, Allah, Ona və Onun rəsuluna iman gətirmiş kişiləri və qadınları qəsrləri və ağacları altından çaylar axan cənnətlərə daxil etsin və onların günahlarından keçsin və bu günahlara görə onları cəzalandırmasın. Bu zikr edilənlər - tələb olunan Cənnəti qazanmaq və ehtiyat edilən cəzadan qurtulmaq - Allah yanında bənzəri olmayan böyük uğurdur.