Surə 48 · Cüz 26

Al-Fath · 48:24

وَهُوَ الَّذِي كَفَّ أَيْدِيَهُمْ عَنْكُمْ وَأَيْدِيَكُمْ عَنْهُمْ بِبَطْنِ مَكَّةَ مِنْ بَعْدِ أَنْ أَظْفَرَكُمْ عَلَيْهِمْ ۚ وَكَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا

24. Sizi onların üzərində qə­ləbə çal­mağa müvəffəq etdik­dən son­ra, Məkkə vadisində on­la­rın əlini sizdən, sizin də əlini­zi on­lar­dan çəkən Odur. Allah si­zin nə etdiklərinizi Görəndir.

Təfsir

Hudeybiyyədə müşriklərdən səksən kişi gəlib sizə pislik etmək istədikləri zaman on­la­rın əlini sizdən, sizin də əlinizi onlardan çəkən Allahdır. Beləcə, siz nə onları öldürdünüz, nə də onlara əziyyət verdiniz, əksinə, onları əsir götürməyə qadir olduqdan sonra onları azad buraxdınız. Allah si­zin nə etdiklərinizi görür, sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz.

Oxuyucuda aç - Surəni tam oxu