Surə 48 · Cüz 26
Al-Fath · 48:22
وَلَوْ قَاتَلَكُمُ الَّذِينَ كَفَرُوا لَوَلَّوُا الْأَدْبَارَ ثُمَّ لَا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا
22. Əgər kafirlər sizinlə vuruşsalar, mütləq arxaya dönüb qaçarlar. Sonra da onlar özlərinə nə bir himayədar, nə də bir yardımçı taparlar.
Təfsir
Ey möminlər! Əgər Allaha və Onun rəsuluna küfr edənlər sizinlə vuruşsalar, mütləq məğlub olaraq arxaya dönüb qaçarlar. Sonra da onlar özlərinin işini yoluna qoyan nə bir himayədar, nə də döyüşdə qalib gəlmələri üçün bir köməkçi taparlar.