Surə 48 · Cüz 26
Al-Fath · 48:12
بَلْ ظَنَنْتُمْ أَنْ لَنْ يَنْقَلِبَ الرَّسُولُ وَالْمُؤْمِنُونَ إِلَىٰ أَهْلِيهِمْ أَبَدًا وَزُيِّنَ ذَٰلِكَ فِي قُلُوبِكُمْ وَظَنَنْتُمْ ظَنَّ السَّوْءِ وَكُنْتُمْ قَوْمًا بُورًا
12. Doğrusu, siz elə zənn edirdiniz ki, Peyğəmbər və möminlər heç vaxt öz ailələrinə qayıtmayacaqlar. Bu, şeytan tərəfindən qəlbinizdə bəzədilmişdi. Siz pis fikrə düşüb məhvə məhkum adamlar oldunuz.
Təfsir
Sizin mal-dövlətinizlə və övladlarınızla məşğul olduğunuzu üzür gətirməyiniz Peyğəmbər -səllallahu aleyhi və səlləm- ilə birlikdə döyüşə getməməyiniz üçün səbəb deyil. Əksinə, siz elə zənn edirdiniz ki, Allahın rəsulu və onun səhabələrinin hamısı həlak olacaq və Mədinəyə öz ailələrinin yanına qayıtmayacaqlar. Şeytan bunu sizin qəlbinizdə bəzətdi və beləliklə siz, Rəbbiniz barədə O, Öz Peyğəmbərinə yardım etməyəcəyinə dair piss zənnə qapıldığınıza və Rəsulullahı tərk etdiyinizə görə məhvə məhkum olan bir qövm oldunuz.