Surə 48 · Cüz 26
Al-Fath · 48:10
إِنَّ الَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ اللَّهَ يَدُ اللَّهِ فَوْقَ أَيْدِيهِمْ ۚ فَمَنْ نَكَثَ فَإِنَّمَا يَنْكُثُ عَلَىٰ نَفْسِهِ ۖ وَمَنْ أَوْفَىٰ بِمَا عَاهَدَ عَلَيْهُ اللَّهَ فَسَيُؤْتِيهِ أَجْرًا عَظِيمًا
10. Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah ona böyük mükafat verər.
Təfsir
Ey Peyğəmbər! Ridvan beyətində, Məkkə müşrikləri ilə vuruşmağa dair sənə söz verən kimsələr, əslində, Allaha beyət etmiş sayılırlar. Çünki onlara müşriklərlə döyüşməyi əmr edən də, onlara əməllərinin əvəzini verən də Odur. Beyət əsnasında Allahın əli onların əllərinin üzərindədir. Allah onların əməllərini görür, heç bir şey Ona gizli qalmaz. Kim öz beyətini pozsa, Allahın dininə kömək edəcəyinə dair Allaha verdiyi sözü yerinə yetirməsə, beyətini pozmağının və əhdini yerinə yetirməməyinin zərəri öz əleyhinə olar. Bu (xəyanət) Allaha heç bir zərər yetirməz. Kim də Allahın dininə kömək etmək barədə Allahla bağladığı əhdi yerinə yetirərsə, Allah ona böyük mükafat - Cənnət bəxş edər.