Surə 46 · Cüz 26
Al-Ahqaf · 46:7
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلْحَقِّ لَمَّا جَاءَهُمْ هَٰذَا سِحْرٌ مُبِينٌ
7. Ayələrimiz onlara aydın şəkildə oxunarkən, artıq həqiqətin gəldiyini görüb onu inkar edən kafirlər: “Bu, açıq bir sehrdir!”– deyirlər.
Təfsir
Rəsulumuza nazil edilən ayələrimiz onlara oxunduğu zaman, Quranı inkar edən kafirlər onun öz peyğəmbərləri vasitəsilə göndərildiyini görüb: “Bu, Allah tərəfindən göndərilən vəhy deyil, bu açıq-aydın bir sehrdir!” – deyirlər