Surə 46 · Cüz 26
Al-Ahqaf · 46:34
وَيَوْمَ يُعْرَضُ الَّذِينَ كَفَرُوا عَلَى النَّارِ أَلَيْسَ هَٰذَا بِالْحَقِّ ۖ قَالُوا بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ
34. Kafirlər Odun qarşısına gətiriləcəkləri gün onlara: “Məgər bu, həqiqət deyilmi?”– deyiləcək. Onlar: “Bəli, Rəbbimizə and olsun ki, həqiqətdir!”– deyəcəklər. Allah da: “Küfr etdiyinizə görə dadın əzabı!”– deyəcək.
Təfsir
Allahı və Rəsulunu inkar edənlər kafirlər Cəhənnəm odunun qarşısına gətiriləcəkləri gün onlara məzəmmət edilərək deyiləcəkdir: “Məgər gördüyünüz bu əzab həqiqət deyilmi?!” Yoxsa bu əzab, sizin dünyada söylədiyiniz kimi yalan bir şeydir?! Onlar: “Bəli, Rəbbimizə and olsun ki, o, həqiqətdir!” – deyə cavab verəcəklər. Bu zaman onlara belə deyiləcəkdir: “Allaha küfr etdiyinizə görə dadın əzabı!”