Surə 46 · Cüz 26

Al-Ahqaf · 46:20

وَيَوْمَ يُعْرَضُ الَّذِينَ كَفَرُوا عَلَى النَّارِ أَذْهَبْتُمْ طَيِّبَاتِكُمْ فِي حَيَاتِكُمُ الدُّنْيَا وَاسْتَمْتَعْتُمْ بِهَا فَالْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنْتُمْ تَسْتَكْبِرُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَبِمَا كُنْتُمْ تَفْسُقُونَ

20. Kafirlər Odun qarşısına gətiri­lə­cəkləri gün onlara deyi­lə­cək­: “Siz dün­ya həyatı­nızda pak nemətlərinizi sərf edib qur­tar­dı­nız və onlardan zövq al­dı­nız. Bu gün isə siz yer üzündə haqsız ola­raq tə­kəbbür göstər­diyinizə və asi olduğu­nu­za gö­rə alçaldıcı əzab­la cə­za­landırı­la­caq­sınız!”

Təfsir

Allaha küfr etmiş və Onun elçilərini yalançı saymış kimsələrə əzab verilməkdən ötrü Cəhənnəmin qarşısına gətiri­lə­cəkləri gün onlara məzəmmət edilərək və lağa qoyularaq deyi­lə­cək­: “Siz dün­ya həyatı­nızda pak nemətlərinizi sərf edib bitirdiniz və oradakı ləzzətli şeylərdən zövq al­dı­nız. Bu gün isə siz, yer üzündə haqsız ola­raq təkəbbür göstər­diyinizə, üstəlik də, küfr və asilik etməklə Allahın itaətində çıxdığınıza görə sizi alçaldacaq və zəlil edəcək əzab­la cəza­landırı­la­caq­sınız!”

Oxuyucuda aç - Surəni tam oxu