Surə 46 · Cüz 26
Al-Ahqaf · 46:17
وَالَّذِي قَالَ لِوَالِدَيْهِ أُفٍّ لَكُمَا أَتَعِدَانِنِي أَنْ أُخْرَجَ وَقَدْ خَلَتِ الْقُرُونُ مِنْ قَبْلِي وَهُمَا يَسْتَغِيثَانِ اللَّهَ وَيْلَكَ آمِنْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ فَيَقُولُ مَا هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ
17. Kimisi də ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsil gəlib-getdiyi halda, siz məni qəbirdən çıxarılacağımlamı hədələyirsiniz?”– deyər. Onlar Allahdan yardım diləyərək: “Vay sənin halına! İman gətir, Allahın vədi haqdır!”– deyərlər. O isə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!”– deyər.
Təfsir
Kimisi də ata-anasına deyər: “Uf sizə! Məndən əvvəl neçə-neçə nəsil ölüb-getdiyi və onlardan heç birinin dirlmədiyi halda, siz məni öldükdən sonra dirilib qəbirdən çıxarılacağımla hədələyirsiniz?!” Valideynləri də Allaha yalvarıb Ondan övladlarını imana yönəltməsini diləyər və övladlarına deyərlər: “Dirilməyə iman gətirməsən, vay sənin halına! Buna iman gətir, Allahın ölüləri dirildəcəyinə dair verdiyi vədi haqdır, onda heç bir şübhə yoxdur!” O isə dirilməni bir daha inkar edərək deyər: “Bu dirilmə haqqında deyilənlər, sadəcə keçmişdəkilərin kitablarından nəql edilən, onların yazdıqlar və Allahın xəbər verdiyinə dair heç bir sübutu olmayan (nağıllardan) başqa bir şey deyildir!”