Surə 46 · Cüz 26
Al-Ahqaf · 46:15
وَوَصَّيْنَا الْإِنْسَانَ بِوَالِدَيْهِ إِحْسَانًا ۖ حَمَلَتْهُ أُمُّهُ كُرْهًا وَوَضَعَتْهُ كُرْهًا ۖ وَحَمْلُهُ وَفِصَالُهُ ثَلَاثُونَ شَهْرًا ۚ حَتَّىٰ إِذَا بَلَغَ أَشُدَّهُ وَبَلَغَ أَرْبَعِينَ سَنَةً قَالَ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَىٰ وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَصْلِحْ لِي فِي ذُرِّيَّتِي ۖ إِنِّي تُبْتُ إِلَيْكَ وَإِنِّي مِنَ الْمُسْلِمِينَ
15. Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işləri görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!”
Təfsir
Biz insana ata-anasının qayğısına qalmağı, onlar həyatda ikən və vəfat etdikdən sonra şəriətə uyğun olaraq onlara yaxşılıq etməyi qəti şəkildə əmr etdik. Xüsusilə də, onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuş anısının qayğısına qalmağı. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, onun ağlı və bədəni yetkinlik çağına yetişib qırx yaşa çatdıqda, o deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işləri görmək üçün ilham ver, onu məndən qəbul et, övladlarımı da mənim üçün əməlisaleh et. Mən günahlarımın bağışlanmasına görə Sənə tövbə etdim. Mən, həqiqətən də, Sənə itaət edənlərdən və Sənin əmrlərinə təslim olanlardanam.