Surə 45 · Cüz 25

Al-Jathiyah · 45:8

يَسْمَعُ آيَاتِ اللَّهِ تُتْلَىٰ عَلَيْهِ ثُمَّ يُصِرُّ مُسْتَكْبِرًا كَأَنْ لَمْ يَسْمَعْهَا ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ

8. O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşit­məmiş kimi təkəb­bür göstərərək inadkarlıq edir. Be­lə­sini ağ­rı­lı-acılı bir əzabla müj­dələ.

Təfsir

Bu kafir Allahın Qurandakı ayələrinin ona oxunduğunu eşidir, sonra guya özünə oxunan o ayələri eşitmirmiş kimi, haqqa boyun əyməyə təkəb­bür göstərərək küfr və asilik etməyinə davam edir. Ey Peyğəmbər! Ona axirətdə başına gələcək müsibət - orada onu gözləyən ağ­rı­lı-acılı bir əzab barədə xəbər ver.

Oxuyucuda aç - Surəni tam oxu