Surə 45 · Cüz 25
Al-Jathiyah · 45:37
وَلَهُ الْكِبْرِيَاءُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
37. Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir.
Təfsir
Göylərdə və yerdə böyüklük və əzəmət yalnız Ona məxsusdur. O, Qüdrətlidir. Heç kəs Ona üstün gələ bilməz. O, yaratmaq, qədəri yazmaq, işləri idarə etmək və şəri hökmləri təyin etmək xüsusunda Hikmət sahibidir.