Surə 45 · Cüz 25

Al-Jathiyah · 45:35

ذَٰلِكُمْ بِأَنَّكُمُ اتَّخَذْتُمْ آيَاتِ اللَّهِ هُزُوًا وَغَرَّتْكُمُ الْحَيَاةُ الدُّنْيَا ۚ فَالْيَوْمَ لَا يُخْرَجُونَ مِنْهَا وَلَا هُمْ يُسْتَعْتَبُونَ

35. Bu ona görədir ki, siz Allahın ayələrini məsxərəyə qoyur­du­nuz və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxa­rıl­ma­ya­caq və on­lar­dan töv­bə etmələri tələb olunma­yacaq­.

Təfsir

Sizə verilən bu əzab, Allahın ayələrinə lağ edib onları məsxərəyə qoyur­du­nuz və dünya həyatının ləzzət və şəhvətlərinə aldandığınıza görədir”. Bu gün, Allahın ayələrinə istehza edən o kafirlər Cəhənnəmdən çıxa­rıl­ma­ya­caq, əksinə onlar, əbədi olaraq orada qalacaqlar və dünya həyatına da qayıtmayacaqlar ki, yaxşı işlər görsünlər, beləliklə də, Rəbbi onlardan razı qalsın.

Oxuyucuda aç - Surəni tam oxu