Surə 45 · Cüz 25
Al-Jathiyah · 45:10
مِنْ وَرَائِهِمْ جَهَنَّمُ ۖ وَلَا يُغْنِي عَنْهُمْ مَا كَسَبُوا شَيْئًا وَلَا مَا اتَّخَذُوا مِنْ دُونِ اللَّهِ أَوْلِيَاءَ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
10. Qarşıda onları Cəhənnəm gözləyir. Nə qazandıqları şeylər, nə də Allahdan başqa tutduqları himayəçilər onları əzabdan qurtara bilməyəcəklər. Onları böyük bir əzab gözləyir.
Təfsir
Qarşıda - axirətdə onları Cəhənnəm odu gözləyir. Nə qazandıqları var-dövlət, nə də Allahdan başqa tapındıqları bütlər onları Allahın əzabından qurtara bilər. Qiyamət günü onlar böyük bir əzaba düçar olacaqlar.