Surə 43 · Cüz 25

Az-Zukhruf · 43:77

وَنَادَوْا يَا مَالِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ ۖ قَالَ إِنَّكُمْ مَاكِثُونَ

77. Onlar Cəhənnəm gözət­çi­si­ni çağı­rıb deyəcəklər: “Ey Ma­lik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz bu­rada əbədi qala­caq­sınız!”– de­yəcək.

Təfsir

Onlar Cəhənnəm gözət­çi­si­ Malikə müraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alsın ki, biz rahatlıq tapaq.” Malik də onlara belə cavab verəcək: “Siz daim əzab içində olub ölməyəcəksiniz və bu əzab sizdən səngiməyəcəkdir”.

Oxuyucuda aç - Surəni tam oxu

Az-Zukhruf 43:77 · Tlawati