Surə 43 · Cüz 25
Az-Zukhruf · 43:71
يُطَافُ عَلَيْهِمْ بِصِحَافٍ مِنْ ذَهَبٍ وَأَكْوَابٍ ۖ وَفِيهَا مَا تَشْتَهِيهِ الْأَنْفُسُ وَتَلَذُّ الْأَعْيُنُ ۖ وَأَنْتُمْ فِيهَا خَالِدُونَ
71. Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaq. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaq. Siz orada əbədi qalacaqsınız.
Təfsir
(Cənnət əhlinin) xidmətçiləri onlar üçün qızıldan olan qulpsuz sinilər və piyalələr dolandıracaqlar. Cənnətdə nəfslərin istədiyi və gözlərin baxmaqla həzz aldığı hər şey olacaq. Siz orada qalacaq və heç vaxt oradan çıxmayacaqsınız.