Surə 43 · Cüz 25
Az-Zukhruf · 43:61
وَإِنَّهُ لَعِلْمٌ لِلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَاتَّبِعُونِ ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ
61. Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!
Təfsir
Həqiqətən, İsanın axır zamanda yer üzünə nazil olması qiyaməin böyük əlamətlərindən biridir. Qiyamətin vaqe olacağına şəkk-şübhə etməyin və mənim Allahdan gətirdiyimə tabe olun. Çünki gətirdiyim bu (din), heç bir əyriliyi olmayan doğru yoldur!