Surə 43 · Cüz 25
Az-Zukhruf · 43:40
أَفَأَنْتَ تُسْمِعُ الصُّمَّ أَوْ تَهْدِي الْعُمْيَ وَمَنْ كَانَ فِي ضَلَالٍ مُبِينٍ
40. Sənmi karlara eşitdirəcəksən, yaxud korları və aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən?
Təfsir
Onlar kardılar - haqqı eşitməzlər, habelə, kordular - haqqı görməzlər. Ey Peyğəmbər, sən karlara eşitdirə bilərsənmi, yaxud korları və ya aşkar zəlalət içində olanları doğru yola yönəldə bilərsənmi?!