Surə 43 · Cüz 25
Az-Zukhruf · 43:32
أَهُمْ يَقْسِمُونَ رَحْمَتَ رَبِّكَ ۚ نَحْنُ قَسَمْنَا بَيْنَهُمْ مَعِيشَتَهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ۚ وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِيَتَّخِذَ بَعْضُهُمْ بَعْضًا سُخْرِيًّا ۗ وَرَحْمَتُ رَبِّكَ خَيْرٌ مِمَّا يَجْمَعُونَ
32. Sənin Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir.
Təfsir
Ey Peyğəmbər! Sənin Rəbbinin mərhəmətini onlar bölüşdürür və onu istədiklərinə verir, istədiklərini də ondan məhrum edir, yoxsa Allah?! Biz dünya həyatında onların ruzisini aralarında bölüşdürdük, onlardan kimisini varlı, kimisini də kasıb etdik ki, biri digərinin tabeçiliyində olsun. Sənin Rəbbinin axirətdə Öz qullarına göstərdiyi mərhəməti onların yığdığı fani dünya malından daha xeyirlidir.