Surə 43 · Cüz 25
Az-Zukhruf · 43:29
بَلْ مَتَّعْتُ هَٰؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّىٰ جَاءَهُمُ الْحَقُّ وَرَسُولٌ مُبِينٌ
29. Doğrusu, Mən bunlara da, atalarına da, haqq və onu bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim.
Təfsir
Mən, haqqı yalan sayan o müşrikləri dərhal həlak etməyə tələsmədim. Əksinə, onlara dünyada yaşayıb gün-güzaran görməyi nəsib etdim. Mən onlardan əvvəl onların atalarına da, Quran və onu bəyan edən Muhəmməd (səllallahu aleyhi və səlləm) gələnədək dolanışıq nəsib etdim.