Surə 43 · Cüz 25
Az-Zukhruf · 43:13
لِتَسْتَوُوا عَلَىٰ ظُهُورِهِ ثُمَّ تَذْكُرُوا نِعْمَةَ رَبِّكُمْ إِذَا اسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُوا سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَٰذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ
13. onların belinə, yaxud göyərtəsinə qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz: “Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı.
Təfsir
Uca Allah bütün bunları yaratdı ki, səfər çıxdıqda, onların belinə, yaxud göyərtəsinə qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini - bu minikləri sizin ixtiyarınıza verdiyini yada salıb, dilinizlə belə deyəsiniz: “Bu miniyi bizim ixtiyarımıza verən və bunu bizə ram edən və beləliklə də ondan istədiyimiz kimi istifadə etməyi bizim üçün asanlaşdıran Allah pak və müqəddəsdir. Əgər Allah onu bizim ixtiyarımıza verməsəydi, bizim ona əsla gücümüz çatmazdı.