Surə 42 · Cüz 25

Ash-Shura · 42:52

وَكَذَٰلِكَ أَوْحَيْنَا إِلَيْكَ رُوحًا مِنْ أَمْرِنَا ۚ مَا كُنْتَ تَدْرِي مَا الْكِتَابُ وَلَا الْإِيمَانُ وَلَٰكِنْ جَعَلْنَاهُ نُورًا نَهْدِي بِهِ مَنْ نَشَاءُ مِنْ عِبَادِنَا ۚ وَإِنَّكَ لَتَهْدِي إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ

52. Biz sənə Öz əmrimizdən olan Ru­­hu (Quranı) vəhy et­dik. Sən kitab nə­dir, iman nədir bilmirdin. Lakin Biz onu, qul­la­rı­mız­dan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Hə­qi­qə­­tən, sən onları doğru yola yönəldirsən –

Təfsir

Ey Peyğəmbər! Biz səndən əvvəlki peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də Özümüzdən olan Quranı vəhy et­dik. Bundan öncə sən elçilərə nazil edilmiş səmavi kitabların nə olduğunu, habelə, imanın nə olduğunu bilmirdin. Lakin Biz Quranı, qul­la­rı­mız­dan istədiyimizi doğru yola yönəltmək üçün bir nur olaraq nazil etdik. Hə­qi­qə­­tən, sən insanları doğru yola - İslamı dininə yönəldirsən.

Oxuyucuda aç - Surəni tam oxu