Surə 42 · Cüz 25
Ash-Shura · 42:40
وَجَزَاءُ سَيِّئَةٍ سَيِّئَةٌ مِثْلُهَا ۖ فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُ عَلَى اللَّهِ ۚ إِنَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ
40. Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir.
Təfsir
Hər kim özünə edilmiş pisliyin əvəzini çıxmaq istəsə, onun əvəzini çıxa bilər. Lakin (bir şərtlə ki,) o bunu heç bir şey artırmadan və ya həddi aşmadan yerinə yetirsin. Kim də özünə pislik edən kimsəni bağışlasa, onu cəzalandırmasa və qardaşı ilə öz arasında olan münasibəti düzəltsə, onun mükafatı Allah yanında olar. Həqiqətən, O, insanların özlərinə, yaxud mallarına, yaxud da namusuna təcavüz edən zalımları sevməz, əksinə, onlara qəzəblənər.