Surə 42 · Cüz 25
Ash-Shura · 42:38
وَالَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَمْرُهُمْ شُورَىٰ بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
38. O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edir, namaz qılır, işləri barədə öz aralarında məsləhətləşir, onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər.
Təfsir
O kəslər ki, Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Onun çağırışını qəbul edir, namazları kamil şəkildə yerinə yetirir, özlərinə aid olan işlər barədə öz aralarında məşvərət edir və onlara verdiyimiz ruzidən Allahın üzü xatirinə xərcləyirlər.