Surə 42 · Cüz 25
Ash-Shura · 42:36
فَمَا أُوتِيتُمْ مِنْ شَيْءٍ فَمَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَمَا عِنْدَ اللَّهِ خَيْرٌ وَأَبْقَىٰ لِلَّذِينَ آمَنُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
36. Sizə verilən hər bir şey dünya həyatının keçici zövqüdür. Allahın yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Bunlar iman gətirib öz Rəbbinə təvəkkül edənlər üçündür.
Təfsir
Ey insanlar, sizə verilən mal-dövlət, yaxud şan-şöhrət, yaxud övlad dünya həyatının keçici zövqüdür. Tükənməz nemətlər isə Allahın, Ona və Onun elçilərinə iman gətirən və bütün işlərində təkcə Rəbbinə etimad edən kimsələr üçün hazırladığı Cənnət nemətləridir.