Surə 40 · Cüz 24

Ghafir · 40:66

۞ قُلْ إِنِّي نُهِيتُ أَنْ أَعْبُدَ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ لَمَّا جَاءَنِيَ الْبَيِّنَاتُ مِنْ رَبِّي وَأُمِرْتُ أَنْ أُسْلِمَ لِرَبِّ الْعَالَمِينَ

66. De: “Rəbbimdən mənə açıq-ay­dın dəlillər gəldiyi za­man si­zin Allahdan başqa yal­vardıqlarınıza ibadət etmək mə­nə qadağan edilmiş və mənə aləm­lə­rin Rəbbinə təslim olmaq əmr olun­muş­dur”.

Təfsir

Ey Peyğəmbər! De ki: “Mənə, sizin Allahdan başqa tapındığınız, nə fayda, nə də zərər verməyə qadir olan bu bütlərə ibadət etməyin batil olmasına dair açıq-ay­dın dəlil-sübutlar gəldiyi zaman, Allah onlara ibadət etməyi mənə qadağan etmiş və mənə ibadəti yalnız Ona yönəltməyi əmr etmişdir. O, bütün məxluqatın Rəbbidir. Onların Allahdan başqa Rəbbi yoxdur”.

Oxuyucuda aç - Surəni tam oxu