Surə 40 · Cüz 24
Ghafir · 40:64
اللَّهُ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ قَرَارًا وَالسَّمَاءَ بِنَاءً وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ وَرَزَقَكُمْ مِنَ الطَّيِّبَاتِ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ ۖ فَتَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ
64. Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah ən Əzəmətli, xeyri və bərəkəti bol Olandır!
Təfsir
Ey insanlar, üzərində qərar tutasınız deyə yeri sizin üçün məskən edən, üstünüzdəki göy başınıza düşməsin deyə onu möhkəm bina edən, sizə analarınızın bətnində surət verib surətlərinizi gözəlləşdirən, sizə halal və pak nemətlərdən ruzi verən Allahdır. Bu nemətləri sizə verən, Rəbbiniz olan Allahdır. Yaradılanların hamısının Rəbbi olan Allah xeyri və bərəkəti bol Olandır. Onların pak və müqəddəs Allahdan başqa Rəbbi yoxdur.