Surə 40 · Cüz 24
Ghafir · 40:59
إِنَّ السَّاعَةَ لَآتِيَةٌ لَا رَيْبَ فِيهَا وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ
59. O Saat mütləq gələcək, buna heç bir şübhə yoxdur. Lakin insanların əksəriyyəti buna inanmır.
Təfsir
Allahın ölüləri haqq-hesaba çəkmək və əməllərinin əvəzini vermək üçün dirildəcəyi o saat mütləq gələcək, buna heç bir şübhə yoxdur. Lakin insanların çoxu onun gələcəyinə inanmır və elə buna görə də, o gün üçün hazırlıq görmürlər.