Surə 40 · Cüz 24

Ghafir · 40:56

إِنَّ الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ بِغَيْرِ سُلْطَانٍ أَتَاهُمْ ۙ إِنْ فِي صُدُورِهِمْ إِلَّا كِبْرٌ مَا هُمْ بِبَالِغِيهِ ۚ فَاسْتَعِذْ بِاللَّهِ ۖ إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ

56. Həqiqətən, özlərinə bir dəlil gəl­mədən Allahın ayələri ba­rə­sin­də mü­bahisə edənlərin ürəklərində böyüklük iddia­sın­dan baş­qa bir şey yoxdur. On­lar heç vaxt buna çatmaya­caq­lar. Sən Alla­ha sı­ğın! Həqi­qə­tən, O, Eşidəndir, Gö­rəndir.

Təfsir

Həqiqətən, əllərində heç bir dəlil-subut olmadan, Allahın ayələrinin batil olduğunu isbat etmək məqsədilə onlar barədə mü­bahisə edənləri buna vadar edən, yalnız böyüklük iddia­sı və haqqa qarşı təkəbbürlük göstərməkdir. On­lar heç vaxt istədikləri bu böyüklük arzusuna çatmayacaq­lar. Ey Peyğəmbər, sən Alla­ha sı­ğın! Həqi­qətən, O, Öz qullarının dedikləri sözləri Eşidəndir və etdikləri əməlləri Gö­rəndir. Bunlardan heç bir şey Ondan gizli qalmaz və O, bu əməllərin əvəzini onlara verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu