Surə 40 · Cüz 24
Ghafir · 40:49
وَقَالَ الَّذِينَ فِي النَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ادْعُوا رَبَّكُمْ يُخَفِّفْ عَنَّا يَوْمًا مِنَ الْعَذَابِ
49. Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!”
Təfsir
Odda əzab çəkən başçılar və onlara tabe olanlar, Cəhənnəmdən çıxacaqlarına və dünya həyatına qayıdıb tövbə edəcəklərinə ümidlərini itirdikdə, Cəhənnəmin mələklərdən ibarət gözətçilərinə deyəcəklər: “Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün bu davamlı əzabımızı yüngülləşdirsin!”