Surə 40 · Cüz 24
Ghafir · 40:45
فَوَقَاهُ اللَّهُ سَيِّئَاتِ مَا مَكَرُوا ۖ وَحَاقَ بِآلِ فِرْعَوْنَ سُوءُ الْعَذَابِ
45. Allah Musanı onların qurduğu hiylələrin şərindən qorudu. Firon nəslini isə dəhşətli əzab bürüdü.
Təfsir
Onlar Musanı qətlə yetirmək istədikdə, Allah onu onların qurduğu hiylənin şərindən qorudu. Firon əhlini isə dənizdəki əzab bürüdü. Allah onu və onun əsgərlərinin hamısını, dünyada ikən suya qərq etdi.