Surə 40 · Cüz 24
Ghafir · 40:40
مَنْ عَمِلَ سَيِّئَةً فَلَا يُجْزَىٰ إِلَّا مِثْلَهَا ۖ وَمَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ يُرْزَقُونَ فِيهَا بِغَيْرِ حِسَابٍ
40. Kim pis bir iş tutsa, o ancaq işinin həddi qədər cəza alar. Mömin olmaqla bərabər, yaxşı iş görən kişilər və qadınlar Cənnətə daxil olub orada hesabsız ruziyə nail olarlar.
Təfsir
Kim pis bir iş görsə, o, yalnız etdiyi pislik qədər cəzalandırılar və bu cəzaya heç nə artırılmaz. Allaha və Onun elçilərinə iman gətirdiyi halda, Allahın üzünü diləyərək saleh əməl edən kişilər və qadınlar - məhz bu tərifəlayiq xislətləri özündə əks etdirən kimsələr qiyamət günü Cənnətə daxil olar. Allah onlara, orada olan meyvələrdən və əbədi qalan, heç vaxt tükənməyən nemətlərdən hesabsız olaraq bəxş edər.