Surə 40 · Cüz 24

Ghafir · 40:37

أَسْبَابَ السَّمَاوَاتِ فَأَطَّلِعَ إِلَىٰ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُ كَاذِبًا ۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرْعَوْنَ سُوءُ عَمَلِهِ وَصُدَّ عَنِ السَّبِيلِ ۚ وَمَا كَيْدُ فِرْعَوْنَ إِلَّا فِي تَبَابٍ

37. göylərin yollarına çatım və Mu­sanın İlahını gö­rüm. Həqiqə­tən, mən Musanı yalançı sa­yı­ram!” Firona pis əməli belə­cə gö­zəl göstərildi və o, yol­dan çı­xarıldı. Fironun hiyləsi uğur­suz oldu.

Təfsir

Göylərin yollarına çatım və Mu­sanın iddia etdiyi haqq məbudunu gö­rüm. Dorğusu, mən Musanın iddiasının yalan olduğunu güman edirəm!” Beləcə, Firon istədiyini Hamandan tələb edərkən, pis əməli ona gö­zəl göstərildi və o, haqq yoldan çı­xarılıb batil yola yönəldildi. Fironun hiyləsi, - özünün batil etiqadını üzə çıxardıb, Musanın gətirdiyi haqqı puç etmək cəhdi, - boşa çıxdı. Çünki bu ona uğrusuz nəticə verdi, üstəlik də, əbədi bəxbəxtlik gətirdi.

Oxuyucuda aç - Surəni tam oxu