Surə 40 · Cüz 24
Ghafir · 40:34
وَلَقَدْ جَاءَكُمْ يُوسُفُ مِنْ قَبْلُ بِالْبَيِّنَاتِ فَمَا زِلْتُمْ فِي شَكٍّ مِمَّا جَاءَكُمْ بِهِ ۖ حَتَّىٰ إِذَا هَلَكَ قُلْتُمْ لَنْ يَبْعَثَ اللَّهُ مِنْ بَعْدِهِ رَسُولًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَنْ هُوَ مُسْرِفٌ مُرْتَابٌ
34. Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk etməkdə davam edirdiniz. Nəhayət, o, vəfat etdikdə dediniz: “Allah ondan sonra elçi göndərməyəcək!” Allah həddi aşan, şübhə edən kimsəni beləcə azğınlığa salar.
Təfsir
Musadan əvvəl Yusuf sizə Allahın tək ilah olduğuna dəlalət edən açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk edib və onu yalançı saydınız. Nəhayət, o, vəfat etdikdə, sizin şəkk-şübhəniz artdı və siz: “Allah ondan sonra rəsul göndərməyəcək!”- dediniz. Allah sizi haqq yoldan azdırdığı kimi, Allahın qoyduğu hüdudları aşan və Onun tək ilah olduğuna şəkk edən hər kəsi beləcə azdırar.