Surə 40 · Cüz 24

Ghafir · 40:3

غَافِرِ الذَّنْبِ وَقَابِلِ التَّوْبِ شَدِيدِ الْعِقَابِ ذِي الطَّوْلِ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ إِلَيْهِ الْمَصِيرُ

3. Bu, günahları Bağışlayan, tövbə­lə­ri qəbul edən, cəzası şid­dət­li olan lütf sa­hibindəndir! Ondan başqa ibadə­tə layiq olan məbud yox­­dur. Dö­nüş də Ona­dır.

Təfsir

Günahkarların günahlarını bağışlayan, tövbə edən qullarının tövbəsini qəbul edən, günahlarına görə tövbə etməyən kimsələrə şid­dət­li cəza verən, həm də, kərəm və lütf sahibi olan Allahdan. Ondan başqa haqq məbud yoxdur. Qiyamət günü insanlar yalnız Onun hüzuruna qayıdacaq və Allah, onlara layiq olduqları (mükafat və ya cəzanı) verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu