Surə 40 · Cüz 24

Ghafir · 40:22

ذَٰلِكَ بِأَنَّهُمْ كَانَتْ تَأْتِيهِمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَكَفَرُوا فَأَخَذَهُمُ اللَّهُ ۚ إِنَّهُ قَوِيٌّ شَدِيدُ الْعِقَابِ

22. Bu ona görə idi ki, elçi­ləri onlara açıq-aydın dəlillər gə­tir­dik­ləri halda, on­lar inkar edir­dilər. Buna görə də Allah onla­rı əzab­la yaxaladı. Həqi­qətən, O, Qüvvətlidir, cəzası da şiddətli­dir.

Təfsir

Onların düçar olduğu bu əzab ona görə idi ki, Allahın elçi­ləri onlara açıq-aydın dəlillər və tutarlı sübutlarla gə­tir­dikdə, on­lar Allaha küfr edir və Onun elçilərini yalançı hesab edirdilər. Onlar qüvvətli olmalarına rəğmən, Allah onla­rı yaxalayıb məhv etdi. Pak və müqəddəs Allah, həqi­qətən də, Ona küfr edən və Onun elçilərini yalançı sayan kimsələrə qarşı qüvvətlidir, cəzası da şiddətli­dir.

Oxuyucuda aç - Surəni tam oxu