Surə 40 · Cüz 24
Ghafir · 40:20
وَاللَّهُ يَقْضِي بِالْحَقِّ ۖ وَالَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ لَا يَقْضُونَ بِشَيْءٍ ۗ إِنَّ اللَّهَ هُوَ السَّمِيعُ الْبَصِيرُ
20. Allah ədalətlə hökm verər. Ondan başqa yalvardıqları bütlər isə heç bir şeyə hökm verə bilməzlər. Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir!
Təfsir
Allah ədalətlə hökm verər, heç kəsə, onun savabından azaltmaqla, yaxud günahlarını artırmaqla zülm etməz. Müşriklərin Allahdan başqa tapındıqları (bütlər) isə heç bir şeyə hökm edə bilməzlər. Çünki onlar heç bir şeyə malik deyillər. Şübhəsiz ki, Allah Öz qullarının danışdıqlarını eşidir, habelə, onların niyyətlərini və əməllərini görür və tezliklə bunların əvəzini onlara verəcəkdir.