Surə 40 · Cüz 24

Ghafir · 40:18

وَأَنْذِرْهُمْ يَوْمَ الْآزِفَةِ إِذِ الْقُلُوبُ لَدَى الْحَنَاجِرِ كَاظِمِينَ ۚ مَا لِلظَّالِمِينَ مِنْ حَمِيمٍ وَلَا شَفِيعٍ يُطَاعُ

18. Onları ürəklərin xirtdəyə çata­ca­ğı, özləri də qəm-qüssə için­də olacaqları ya­xınlaşan günlə qorxut. O gün zalım­la­rın nə bir ya­xın dostu, nə də sözü keçən bir şəfaətçisi olar.

Təfsir

Ey Peyğəmbər, onları ya­xınlaşan qiyamət günü ilə qorxut. O gün mütləq gələcəkdir. Hər gələn şey yaxındır. O gün ürəklər onun qorxusundan qalxıb öz sahiblərinin xirtdəyinə çata­caq. Həmin vaxt onlar səssiz duracaq və Mərhəmətli Allahın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq. Allaha şərik qoşmaq və asilik etməklə özlərinə zülm etmiş kimsələrin o gün nə bir ya­xın dostu, nə də şəfaətçilik etmək vaxtı gəldikdə, sözü keçən bir şəfaətçisi olar.

Oxuyucuda aç - Surəni tam oxu