Surə 4 · Cüz 5

An-Nisa · 4:92

وَمَا كَانَ لِمُؤْمِنٍ أَنْ يَقْتُلَ مُؤْمِنًا إِلَّا خَطَأً ۚ وَمَنْ قَتَلَ مُؤْمِنًا خَطَأً فَتَحْرِيرُ رَقَبَةٍ مُؤْمِنَةٍ وَدِيَةٌ مُسَلَّمَةٌ إِلَىٰ أَهْلِهِ إِلَّا أَنْ يَصَّدَّقُوا ۚ فَإِنْ كَانَ مِنْ قَوْمٍ عَدُوٍّ لَكُمْ وَهُوَ مُؤْمِنٌ فَتَحْرِيرُ رَقَبَةٍ مُؤْمِنَةٍ ۖ وَإِنْ كَانَ مِنْ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِيثَاقٌ فَدِيَةٌ مُسَلَّمَةٌ إِلَىٰ أَهْلِهِ وَتَحْرِيرُ رَقَبَةٍ مُؤْمِنَةٍ ۖ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ تَوْبَةً مِنَ اللَّهِ ۗ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا

92. Heç bir mö­minin başqa bir mömini öldürməyə haqqı yox­dur. Bunun səhvən baş verməsi isə müstəsnadır. Kim səh­vən bir mö­mi­ni öl­dü­rərsə, onda mö­min bir kölə azad etməli və ölə­nin ailə­sinə qan­bahası ver­məli­dir. Ölənin ailəsinin qanbahasını bağışla­ması isə müstəsnadır. Əgər ölən adam mö­min olduğu hal­da, sizə düş­­mən olan bir qövmdəndirsə, onda qatil mö­min bir kölə azad et­mə­li­dir. Əgər ölən adam si­zinlə arala­rın­da müqavilə olan bir qövmdəndir­sə, onda qatil onun ailə­sinə qan­­ba­ha­sı verməli və mö­­min bir kölə azad et­məlidir. Bun­ları et­mə­yə imkan tapa bil­məyən kəs Allah tərəfindən töv­bə­si­nin qəbul ol­ma­sı üçün iki ay ar­dıcıl oruc tutmalıdır. Allah hər şeyi biləndir, hikmət sahibidir.

Təfsir

Səhvən baş verməsi istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Kim səhvən bir mö­mi­ni öl­dü­rərsə, o zaman o, əməlininin kəffarəsi olaraq mö­min bir kölə azad etməli və qatilin yaxınları ölə­nin malına varis olan yaxın qohum-əqrəbasına qan­bahası ver­məli­dir. Ölənin qohum-əqrəbası qanbahasını bağışla­ması isə müstəsnadır. Əgər ölən adam mö­min olduğu hal­da, sizlə onlar arasında düş­­mənçilik olan bir qövmdəndirsə, o zaman qatil yalnız mö­min bir kölə azad et­mə­li­dir və qan­bahası isə vermir. Əgər ölən adam mömin deyil, lakin sizinlə onlar arasında zimmət əhli kimi müqavilə olan bir qövmdəndir­sə, qatilin yaxınları ölə­nin malına varis olan yaxın qohum-əqrəbasına qan­bahası verməli və o, əməlininin kəffarəsi olaraq mö­min bir kölə azad et­məlidir. Əgər azad etməyə mömin bir kölə tapa bilməzsə yaxud mömin bir kölə azad etməyə maddi imkanı olmazsa, Allah etdiyi günahdan töv­bə­si­nin qəbul etməsi üçün, o, iki ay iftar etmədən, ar­dıcıl oruc tutmalıdır. Allah qullarının əməllərini və niyyətlərini biləndir və O, işlərində və şəri hökmlərində hikmət sahibidir!

Oxuyucuda aç - Surəni tam oxu