Surə 4 · Cüz 5
An-Nisa · 4:89
وَدُّوا لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُوا فَتَكُونُونَ سَوَاءً ۖ فَلَا تَتَّخِذُوا مِنْهُمْ أَوْلِيَاءَ حَتَّىٰ يُهَاجِرُوا فِي سَبِيلِ اللَّهِ ۚ فَإِنْ تَوَلَّوْا فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ وَجَدْتُمُوهُمْ ۖ وَلَا تَتَّخِذُوا مِنْهُمْ وَلِيًّا وَلَا نَصِيرًا
89. Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib onlarla eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə, onlardan heç birini özünüzə dost tutmayın. Əgər üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan nə bir dost, nə də bir köməkçi tutun.
Təfsir
Münafiqlər sizə nazil edilənə özləri küfr etdikləri kimi, sizin də küfr edib özlərilə küfrdə eyni səviyyədə olmanızı təmənna edərlər. Onlar, imanlarının əlaməti olaraq, şirk diyarından İslam diyarına Allah yolunda hicrət etməyincə, etdikləri düşmənçiliyə görə onlardan heç birini özünüzə dost tutmayın. Əgər üz çevirib, elə bu hal üzrə davam edərlərsə, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə sirrinizi verəcək nə bir dost, düşməninizə qarşı sizə yardım edəcək nə də bir köməkçi tutun.