Surə 4 · Cüz 5
An-Nisa · 4:83
وَإِذَا جَاءَهُمْ أَمْرٌ مِنَ الْأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُوا بِهِ ۖ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَىٰ أُولِي الْأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنْبِطُونَهُ مِنْهُمْ ۗ وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَاتَّبَعْتُمُ الشَّيْطَانَ إِلَّا قَلِيلًا
83. Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, dərhal onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan əmr sahiblərinə çatdırsaydılar, içərilərindən o xəbərin mahiyyətinə varan kəslər onu bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, şeytana uyardınız.
Təfsir
Bu münafiqlərə müsəlmanların əmin-amanlıq, sevinc dolu və ya qorxu, kədər xəbəri gəldikdə, dərhal onu aşkara çıxarıb yayarlar. Halbuki səbirli olub, bunu Peyğəmbərə - sallallahu aleyhi və səlləm -, habelə, özlərindən olan ixtiyar, elm və məsləhət sahiblərinə çatdırsaydılar, ixtiyar və rəy sahibləri o xəbərin yayılmasının, yoxsa xalqdan gizlədilməsinin - hansı birinin daha düzgün olduğunu bilərdilər. Ey Möminlər! Əgər sizə İslam dini və Quran sayəsində Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, bu münafiqlərin başlarına gələn sizin də başınıza gələr və az bir qisminiz müstəsna olmaqla, şeytanın vəsvəsəsinə uyardınız.