Surə 4 · Cüz 5
An-Nisa · 4:78
أَيْنَمَا تَكُونُوا يُدْرِكْكُمُ الْمَوْتُ وَلَوْ كُنْتُمْ فِي بُرُوجٍ مُشَيَّدَةٍ ۗ وَإِنْ تُصِبْهُمْ حَسَنَةٌ يَقُولُوا هَٰذِهِ مِنْ عِنْدِ اللَّهِ ۖ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ يَقُولُوا هَٰذِهِ مِنْ عِنْدِكَ ۚ قُلْ كُلٌّ مِنْ عِنْدِ اللَّهِ ۖ فَمَالِ هَٰؤُلَاءِ الْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًا
78. Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta əlçatmaz qalalarda olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə: “Bu, səndəndir!”– deyərlər. De: “Hamısı Allahdandır!” Bu adamlara nə olub ki, az qala söz də anlamırlar?
Təfsir
Harada olursunuzsa olun, hətta döyüş meydanından uzaq bir yerdə, möhkəm qəsirlər içərisində olsanız belə əcəliniz gəldikdə ölüm sizi haqlayacaqdır. Bu münafiqlərə, övlad və ya bol ruzi kimi sevdikləri bir yaxşılıq üz verdikdə: "Bu, Allahdandır!" – deyər, övlad və ruzilərində xoşlamadıqları bir pislik üz verdikdə isə Peyğəmbərə - sallallahu aleyhi və səlləm - qarşı bədbinlik edərək: "Bu pislik, sənin səbəbindəndir!"– deyərlər. Ey Peyğəmbər! Onlara cavab olaraq de: "Xoşladığınız və xoşlamadığınızın hamısı Allahın qəza və qədəri ilədir!". Bu söz deyən adamlara nə olub ki, az qala sənin onlara dediyin kəlamı də anlamırlar?!