Surə 4 · Cüz 5
An-Nisa · 4:69
وَمَنْ يُطِعِ اللَّهَ وَالرَّسُولَ فَأُولَٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ ۚ وَحَسُنَ أُولَٰئِكَ رَفِيقًا
69. Allaha və Peyğəmbərə itaət edənlər – məhz onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olarlar. Onlar necə də gözəl dostlardır!
Təfsir
Allaha və Peyğəmbərə - səllallahu aleyhi və səlləm - itaət edən kəs Allahın cənnətə daxil olma nemətini bəxş etdiyi peyğəmbərlər, peyğəmbərlərin gətirdikləri təsdiqləməkdə və bu təsdiqə əməl etməkdə kamil həddə çatmış siddiqlər, Allah yolunda öldürülən şəhidlər və zahirən və batinən saleh olub saleh işlər görən əməlisalehlərlə birlikdə olar. Onlar cənnətdə necə də gözəl dostlardır!