Surə 4 · Cüz 5
An-Nisa · 4:65
فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنْفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا
65. Xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim təyin etməyincə, sonra da verdiyin hökmlərə görə içlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.
Təfsir
Xeyr! Bu iş, heç də, bu münafiqlərin idda etdikləri kimi deyildir. Sonra izzət və cəlal sahibi olan Allah Öz zatına and içir ki, onlar öz aralarında baş verən hər bir çəkişmələrdə, peyğəmbər - səllallahu aleyhi və səlləm - həyatda ikən peyğəmbəri - səllallahu aleyhi və səlləm -, o vəfat etdikdən sonra isə onun şəriətini hakim hesab etməyincə, sonra da peyğəmbərin - səllallahu aleyhi və səlləm - verdiyin hökmlərə razı olub və buna görə qəlblərində bir sıxıntı duymadan, şəkk-şübhə etmədən, zahirən və batinən tam təslim olub, boyun əyməyincə iman gətirmiş sayılmazlar.