Surə 4 · Cüz 5
An-Nisa · 4:59
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ ۖ فَإِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا
59. Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə və özünüzdən olan rəhbərlərə də itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Peyğəmbərə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.
Təfsir
Ey Allaha iman gətirib Onun rəsuluna - səllallahu aleyhi və səlləm - tabe olan kimsələr! Allaha itaət edin, Peyğəmbərə - səllallahu aleyhi və səlləm -, əmr etdiklərini yerinə yetirərək və qadağalardan çəkinərək itaət edin və özünüzdən olan rəhbərlərə də Allaha asi olan işləri sizə əmr etmədikcə itaət edin. Əgər bir şey haqqında ixtilaf etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allahın kitabına və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnəsinə qaytarın. Çünki, Kitab və sünnəyə qayıtmaq, ixtilaf etməkdən və ağıla əsaslanaraq danışmaqdansa daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.