Surə 4 · Cüz 5
An-Nisa · 4:56
إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كُلَّمَا نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُوا الْعَذَابَ ۗ إِنَّ اللَّهَ كَانَ عَزِيزًا حَكِيمًا
56. Şübhəsiz ki, ayələrimizi inkar edənləri oda atacağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı daim dadsınlar deyə, Biz o dəriləri başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah qüdrətlidir, hikmət sahibidir.
Təfsir
Şübhəsiz ki, ayələrimizi inkar edənləri Qiyamət günü, onları əhatə edən oda daxil edəcəyik. Hər dəfə onların dəriləri yandıqca, əzabı onlara daimi olsun deyə, Biz o dəriləri başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, heç kimsə Onu məğlub edə bilməz, gördüyü işlərində və yerdiyi hökmlərində hikmət sahibidir.