Surə 4 · Cüz 5
An-Nisa · 4:53
أَمْ لَهُمْ نَصِيبٌ مِنَ الْمُلْكِ فَإِذًا لَا يُؤْتُونَ النَّاسَ نَقِيرًا
53. Yoxsa onların hökmranlıqdan bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çərdəyindəki oyuq qədər bir şey verməzdilər.
Təfsir
Onların mülkdən bir payı yoxdur. Əgər belə olsaydı, onlar insanlara heç bir şey, hətta xurma çərdəyindəki oyuq qədər bir şey verməzdilər.