Surə 4 · Cüz 5

An-Nisa · 4:46

مِنَ الَّذِينَ هَادُوا يُحَرِّفُونَ الْكَلِمَ عَنْ مَوَاضِعِهِ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَاسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَاعِنَا لَيًّا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِي الدِّينِ ۚ وَلَوْ أَنَّهُمْ قَالُوا سَمِعْنَا وَأَطَعْنَا وَاسْمَعْ وَانْظُرْنَا لَكَانَ خَيْرًا لَهُمْ وَأَقْوَمَ وَلَٰكِنْ لَعَنَهُمُ اللَّهُ بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا

46. Yəhudilərdən bəziləri kəl­mələrin ye­rini dəyişdirir, dillə­ri­ni əyə­rək və di­nə tənə vura­raq: “Eşitdik və asi ol­duq”, “eşit, eşitməz olasan” və “raina!”– deyirlər. Əgər on­lar: “Eşit­dik və ita­ət etdik!”, “eşit” və “bizə nəzər yetir!”– de­səydilər, əlbəttə, onlar üçün da­ha xe­yirli və daha doğru olar­dı. La­kin Allah onları küfr­lə­rinə gö­rə lə­nət­lədi. Onlar olduqca az ina­nırlar.

Təfsir

Yəhudilərdən Allahın nazil etdiyi kəlamı dəyişən, üstəlik, bu kəlamı, Allahın nazil etdiyindən başqa mənaya yozan, Peyğəmbər - sallallahu aleyhi və səlləm - onlara bir iş əmr etdikdə: "Sözünü eşitdik və əmrinə asi olduq" və istehza edərək: "Sözümüzü eşit, eşitməz olasan", dillərini əyərək, Peyğəmbərə - sallallahu aleyhi və səlləm - bəd dua etmək və onun dininə tənə etmək məqsədi ilə: "Raina!" yəni: "Bizi eşit" – sözünü deməklə, "ər-Ruunəh" yəni: "Axmaq, səfeh, ağılsız" sözünə eyham edən pis bir tayfa da vardır. Əgər on­lar: "Sözünü eşitdik və əmrinə asi olduq" deməyin əvəzinə "Sözünü eşit­dik və əmrinə ita­ət etdik!" və "Eşit, eşitməz olasan" deməyin əvəzinə "Eşit" və "Raina!" yəni: "Bizi eşit" deməyin əvəzinə "Dediyini anlamaq üçün bizə nəzər yetir"– de­səydilər, Peyğəmbərlə - sallallahu aleyhi və səlləm - ona layiq gözəl ədəb-ərkanla rəftar etmə baxımından əlbəttə, onlar üçün birinci dediklərindən da­ha xe­yirli və daha ədalətli olar­dı. La­kin Allah onları küfr­lə­rinə gö­rə lə­nət­lədi və onları Öz rəhmətindən qovdu. Yəhudilər, özlərinə fayda verəcək dərəcədə iman gətirməzlər.

Oxuyucuda aç - Surəni tam oxu